Bir neçə gün öncə bölgələrdə keçirilən konsertlərdə iştirak edən tanınmış rəqqasə Fatimə Fətəliyevadan xəbər var.
Lent.az-ın məlumatına görə, “Göyçək” Fatimə bir zamanlar ona sənətin sirlərini öyrədən müəlliməsi Aliyə Ramazanova ilə görüşüb. Müəlliməsinin xeyir - duası ilə sənətə gələn F.Fətəliyeva təəssüratlarını bu cür dilə gətirib: “Allahıma çox şükür edirəm ki, sənətdə qarşıma yaxşı müəllimlər çıxarıb. Müəlliməm Aliyə Ramazanova həyatımın ən böyük dayağı olub. Allah ona can sağlığı, uzun ömür versin. Nə yaxşı ki, həyatımda elə bir pedaqoqun imzası olub. Mən bu gün də, sənətimin sirlərini müəllimlərimdən
öyrənib, bəhrələnirəm. Öyrəndiklərimi isə öz tələbələrimə öyrədirəm. İnanıram ki, mənim də tələbələrim gələcəkdə öz sözlərini deyəcəklər”.
Xatırladaq ki, F.Fataliyeva artıq bir ilə yaxındır ki, rəqs məktəbi açıb, pedaqoji fəaliyyətlə
məşğuldur.