Fatimə əsgərlərə konsert verdi
17 iyun 2014 13:58 (UTC +04:00)

Fatimə əsgərlərə konsert verdi

Azərbaycanın tanınmış rəqqasəsi Fatimə Fətəliyeva “Qurtuluş günü” münasibəti ilə Daxili Qoşunların “N” saylı hərbi hissəsində konsert proqramı ilə çıxış edib. Lent.az-a açıqlama verən rəqqasə bildirib ki, o, artıq bir neçə ildir ki, Daxili Qoşunların rəqs ansamblının solistidir:

 

“Hər zaman Daxili Qoşunların hərbi hissələrində təşkil olunan konsertlərdə sevə-sevə iştirak edirəm. Məhz həmin konsertlərdən biri də “Qurtuluş günü” münasibətilə təşkil olundu. Konsertdə həmkarım Etibar Məmmədovla birgə gözə rəqs nümunələrini təqdim etdik. Çıxışımız alqışlarla qarşılandı. Əsgərlər qarşısında konsert vermək mənim üçün qürurlu bir işdir. Bu konsertdən savayı, Azərbaycanın digər bölgələrində də çıxış edəcəm. Bölgələri qarış-qarış gəzib, əsgərlərimizə konsert verəcəyik. Hər zaman  rəqqasə və adi bir vətəndaş kimi vətənim Azərbaycan üçün əlimdən gələni etməyə hazıram”.

 

 

Xatırladaq ki, “Qurtuluş günü”nə həsr olunmuş konsertdə əməkdar artist Səlim Abbasov, müğənni Aslan Hüseynov və digər tanınmış müğənnilərin çıxışı olub.

# 810
avatar

Yalçın UĞUR

Oxşar yazılar