Fatimədən "Qafqaz bloku"
01 sentyabr 2014 12:50 (UTC +04:00)

Fatimədən "Qafqaz bloku"

“Göyçək” ləqəbi ilə tanınan rəqqasə Fatimə Fataliyeva yaradıcılıq işlərindən danışıb. Lent.az-a açıqlama verən rəqqasə bildirib ki, “Qafqaz bloku” adlı rəqs nümunəsi hazırlayıblar: “Bir neçə müddətdir ki, üzərində çalışdığım rəqsi təqdim etdim. Bu rəqsi iki nəfərlə birgə ifa edirik. Düşünürəm ki, fərqli bir rəqs nümunəsidir. Rəqsin quruluşu Fərhad Vəliyevə məxsusdur”.

 

“Göyçək” Fatimə onu da əlavə edib ki, noyabr ayında Hindistan və Türkiyədə festivallarda olacaq: “Yeni mövsümdən yaradıcılıq işlərimlə bağlı planlarım çoxdur. Yeni rəqs nümunələri hazırlamışam. Belə ki, noyabrın ilk həftəsində Hindistanda, ikinci həftəsində isə Türkiyənin Mersin şəhərində keçirilən festivallara dəvət almışam. Hindistanda keçiriləcək festivalda “Səma” rəqs qrupu ilə birgə səhnə olacam”.

 

# 927
avatar

Yalçın UĞUR

Oxşar yazılar