Faiq Ağayev “boğuşduğu” xalq artisti ilə şəklini yaydı
21 iyun 2014 11:09 (UTC +04:00)

Faiq Ağayev “boğuşduğu” xalq artisti ilə şəklini yaydı

Yaradıcılıq işlərini Azərbaycanla yanaşı Türkiyədə davam etdirən xalq artisti Aygün Kazımovadan xəbər var. Lent.az-ın məlumatına görə, Türkiyədən vətənə dönən xalq artisti ötən gün xalq artisti Faiq Ağayevlə birgə məclislərin birində görüşüblər. Həmkarı, dostu ilə görüşən F.Ağayev “İnstagram” səhifəsində maraqlı bir şəkil də paylaşaraq, fotoya “boğuşuruq!” şərhini verib.

Xatırladaq ki, A.Kazımovanın Bakıya qayıtmasının səbəbi yaradıcılıq işləri ilə bağlıdır. Xalq artisti yenidən Türkiyəyə yollanacaq. Onun Türkiyədə yaradıcılıq işlərini məşhur “DMC” şirkəti həyata keçirir.  

# 3246
avatar

Yalçın UĞUR

Oxşar yazılar