Xalq artisti Faiq Ağayev sosial şəbəkələrdə 1-ci sinfinə getdiyi günün şəklini paylaşıb. Lent.az-ın məlumatına görə, ifaçı “Bilik günü”ylə bağlı öz fikirlərini də bölüşüb: “Vaxt var idi ki, bu günü səbirsizliklə gözləyirdim. İndi məktəbə gedənlər, paxıllığınızı çəkirəm. Yeni dərs iliniz uğurlu olsun”.
Qeyd edək ki, bu gün Azərbaycanda 139 min nəfərdən çox uşaq birinci sinfə gedəcək.