Əməkdar artist Mehriban Xanlarova ailəsinin dağılmasından danışıb. Lent.az-ın məlumatına görə, ANS-in “Xəbərsizsiniz” verilişinə qonaq olan aktrisa ailəsinin xəyanət üstündə dağıldığını deyib: “Hərdən biz sənətkarlara dırnaqarası baxırlar. Deyirlər ki, sənətçi ailə sahibi ola bilməz. Niyə axı? Məsələn, mənim çox gözəl ailəm olub. Amma kişinin səhvinin ucbatından ailəm dağıldı. Həyat yoldaşım mənə xəyanət etdi, boşandıq. Düzdür, insanıq, səhvləri bağışlamalıyıq. Mən də dəfələrlə onu bağışladım. Amma nə vaxta qədər bağışlamalı idim? Bu hal dəfələrlə təkrarlanmışdı. Mənim kimi yoldaşına qadınlıq edən ikinci bir adam bəlkə də olmazdı. Kişinin qanında problem, xəyanət varsa, istəyirsən onu başdan ayağa kimi geyindir, işə yola sal, o, istədiyini bayırda edəcək. Mən 4 il həyat yoldaşıma görə bütün kitabları bağladım. Uşaq yaşlarından şalvar, qısa ətək geyinən Mehriban Xanlarova ailəsinə görə örtülü geyindi. Amma sonda nə oldu? Bu da kişi”.

Oxşar yazılar

Serdar Ortaç mirasını kimə verəcəyini AÇIQLADI
21 iyul 2025 , 19:20
Konsertdə XƏYANƏT görüntüləri yayılan rəhbər işdən qovuldu - VİDEO
21 iyul 2025 , 17:56
Madonnanı cavan saxlayan pəhriz AÇIQLANDI
21 iyul 2025 , 14:52
Tom Kruz necə bu qədər cavan qalıb? - Pəhrizi AÇIQLANDI
19 iyul 2025 , 18:18
Cennifer Lopesə səhnədə evlilik təklifi
18 iyul 2025 , 11:51
Hollivud ulduzlarının az tanınan istedadlı bacıları
18 iyul 2025 , 09:24
Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55