
Fəhlə ölümcül xəsarət aldı
Mingəçevirdə tələbə şəhərciyində müvəqqəti məskunlaşan əslən Laçın rayonundan olan fəhlə ölümcül xəsarət alıb
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə gecə saatlarında, Gəncə şosesində yerləşən tələbə şəhərciyində baş verib.
Xəsarət alan Mingəçevirdə işləməyə gələn Ruslan Qəhrəmanovdur.
Əldə edilən ilkin məlumata əsasən, gecə Ruslan Qəhrəmanov maşından tələsik düşərək qaçmağa başlayıb. Bu zaman dəmir sütuna çırpılan fəhlə baş, göz və boyun nahiyəsindən ölümcül xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılaraq əməliyyat olunub.
Durumu ağır qiymətləndirilir.
Hadisənin tam olaraq necə və hansı zəmində baş verdiyi məlum deyil.
Qeyd edək ki, əslən Laçın rayonundan olan Ruslan Qəhrəmanov Ağdamda yaşayır. Mingəçevirə isə işləmək üçün gəlib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

“Gangnam Style”ın ifaçısı ilə bağlı istintaq başladı
28 avqust 2025 , 18:35
Donald Trampla düşmən olan Teylor Svift evlənir
27 avqust 2025 , 18:05
Britni Spirsdən son evliliyi ilə bağlı təəccüblü ETİRAFLAR
27 avqust 2025 , 15:42
Hande Erçel sevgilisindən ayrılıb? - İDDİA
27 avqust 2025 , 12:02
Varlı ailələrdən çıxan MƏŞHURLAR
27 avqust 2025 , 10:50
Nəsrin Cavadzadə yeni sevgilisi ilə
26 avqust 2025 , 10:15
Sevgi yolunda qurban qadınlar - Alen Delonun 3 məhəbbəti
26 avqust 2025 , 09:24