Bu gün “Park Bulvar” ticarət mərkəzində “Qadına vurma, vurul!” şüarı altında tədbir keçirilib. Lent. az-ın məlumatına görə, qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü ilə bağlı keçirilən tədbirin təşkilatçısı Səhiyyə Nazirliyi, İslahatlar Mərkəzi və “ADDIM” Yaradıcı Gənclər Assosiasiyası olub. Saat 15:00-da gerçəkləşən layihədə Azərbaycanın tanınmış qadınlarının fotosərgisi nümayiş etdirilib. Layihədə əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, teleaparıcı Nərgiz Cəlilova, müğənni Elnarə Xəlilova, müğənni Səbinə Babayeva, əməkdar artist Elza Seyidcahan, telejurnalist Gunay Malikqızı, jurnalist Ülkər Qasımova və “Birliyə Doğru” təşkilatının sədri Zərifə Quliyeva çəkilib. Adı çəkilən məşhurlarla yanaşı tədbirdə millət vəkili Qənirə Paşayeva da iştirak edərək qadın zorakılığına “yox” deyib.
Sonda Elza Seyidcahan da mövzu ilə bağlı danışıb: “Mən də qadın zorakılığına hər zaman “yox” demişəm. Maraqlısı ondadır ki, mənim həyat yoldaşım heç vaxt mənə bir sillə də belə vurmamışdı. Hər zaman deyirdim ki, görəsən kişi qadını necə döyə bilər? Amma çox təəssüflər olsun ki, mən bunu görə bilmədim. Ailə həyatı dövründə zorakılıq görməmişəm. Elə bütün qadınlarımıza da bunu arzu edirəm”.