Müğənni Elnur Məmmədovun yeni albomu işıq üzü görüb. Lent.az-ın məlumatına görə, “Sən elə bir zirvəsən” adlanan nəfis tərtibatlı topluda Kamal və Baba Vəziroğlunun birgə yaradıcılıq işləri yer alıb. Alboma 10 mahnı (“Gəlsən də, gəlməsən də”, “Ayrılığa dözərəm”, “Bağışlaram səni”, “Bilsən də, bilməsən də”, “Dəniz”, “Səndən başqa”, “Səndən nigaranam”, “Yenə yaz gələcək”, “Sən elə bir zirvəsən”, “Gəlsən də, gəlməsən də”) daxildir.
Albom “Gilan” studiyasında yüksək tirajla buraxılıb.