Elçin və Günay jurnalistlərlə görüşəcək
06 sentyabr 2014 17:23 (UTC +04:00)

Elçin və Günay jurnalistlərlə görüşəcək

 

 

Müğənni Günay İbrahimli və Elçin Cəfərov Moskvadakı konsert öncəsi mətbuat konfransı keçirəcəklər. Bu barədə Lent.az-a gecənin təşkilatçısı “Azərbaycan Mədəniyyət Studiyası”nın və "Nar" prodakşının rəhbəri Samirə Zeynalova iməlumat verib. O bildirib ki, jurnalistlərlə görüş sentyabrın 16-da "Sappire" oteldə baş tutacaq. Mətbuat konfransında bu və digər konsertlərlə bağlı jurnalistlərə məlumat veriləcək. 

Qeyd edək ki, konsert oktyabrın 16-da Moskvada “B2” klubda keçiriləcək. “Azəri Party” adlı gecədə modelyer Zümrüd Mirzəliyevanın libasları da nümayiş olunacaq. 

Konsertin aparıcıları ATV-də yayımlanan “Piknik” verilişindən tanıdığımız Kəmalə Piriyeva və İslam Mehrəliyev olacaq.

Təşkilatçı S.Zeynalova onu da əlavə edib ki, noyabrın 21-də Moskvada xalq artisti Alim Qasımovun konserti də gerçəkləşəcək. Zaur Nəbioğlu aparıcılığı ilə keçiriləcək konsertin informasiya dəstəkçisi Lent.az-dır.  

# 1438
avatar

Yalçın UĞUR

Oxşar yazılar