Əkiz bacılar "Ürəyim"i təqdim etdilər
02 sentyabr 2014 11:22 (UTC +04:00)

Əkiz bacılar "Ürəyim"i təqdim etdilər

Şou-biznesin əkiz Sevinc-Sevil bacıları ifa etdiykləri “Ürəyim” adlı mahnılarına klip təqdimatı keçiriblər. Lent.az-ın məlumatına görə, bacıların klip təqdimatına bir çox tanınmış simalar qatılıb. Gecəyə təşrif buyuranlar sırasında Nadir Qafarzadə, Ayaz Qasımov, Yaşar Yusub, Gülay Zeynalova, Hacı Nazimi və bu kimi məşhurları görmək olardı. Qonaqları salamlayan əkizlər klip barədə öz fikirlərini bölüşüblər: “Açığı bu gün çox həyəcanlıyıq. Təbii ki bu həyəcan məsuliyyətdən irəli gəlir. Klipi biz də sizin kimi bu gün seyr etdik. Ekran əsərində rejissor Nazim Şərbətovun da əməyini xüsusi qeyd etmək istəyirik. Klip Azərbaycanın gözəl guşəsi olan Qubada lentə alınıb”.

 

Xatırladaq ki, “Ürəyim” adlı bəstənin söz vu musiqisi Tural Bayrəməliyevə məxsusdur.  

Qeyd edək ki, klipin prodüserləri Nigar Murad və Mehri Əliquliyevadır. Ekran əsərində istifadə olunan libasları isə müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova hazırlayıb.

Sevinc-Sevil bacılarının “Ürəyim” adlı kliplərini təqdim edirik.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1943
avatar

Yalçın UĞUR

Oxşar yazılar