Əkiz bacılar çəkdirdikləri “Əzab”lardan danışdılar
11 iyul 2014 12:00 (UTC +04:00)

Əkiz bacılar çəkdirdikləri “Əzab”lardan danışdılar

Azərbaycan şou-biznesinin əkiz bacıları Sevinc və Sevil yeni “Əzab” adlı mahnılarına çəkilmiş kliplərinə təqdimat mərasimi keçiriblər. Lent.az-ın məlumatına görə, paytaxt məkanlarının birində baş tutan təqdimata media nümayəndələrindən savayı, şou-biznes əhli də qatılıb. Sözləri Nadoya, musiqisi Nurlan Təhməzliyə məxsus olan “Əzab” adlı mahnıya rejissor Farid Ağa ekran həyatı verib.

 

 

Yeni kliplərinin təəssüratları barədə Lent.az-a danışan bacılar bildiriblər ki, rejissorun işindən razı qalıblar: “Sözün açığı klip gec hazır olsa da, nəticədə görülən iş ürəyimizcə oldu. Sözügedən mahnını repertuarımıza yeni daxil etsək də, dinləyicilər tərəfindən sevildiyinə inanırıq. İnşallah klip də sevilər”.

 

 

Qeyd edək ki, bacıların klip təqdimatına müğənnilərdən Emil Bədəlov, Yaşar Yusub, Xatun Əliyeva, Ayan Babakişiyeva, Niyam Səlami, Elçin Cəfərov, Sevinc Ağaşirinova, Mirkamil Kamilov, Nurlan Təhməzli, Üzeyir Mehdizadə, prodüser Təranə Səmədova, rejissor Zorik (Zöhrab Ağayev) və başqaları gəlib.

 

Klipin prodüserləri Nigar Murad və Mehri Əliquliyevadır.

 

Sevinc və Sevil bacılarının klip təqdimatından olan şəkilləri təqdim edirik.

# 2882
avatar

Yalçın UĞUR

Oxşar yazılar