Ötən gün Türkiyənin ən reytinqli musiqi müsabiqəsi olan "O səs Türkiyə"nin ikinci mərhələsi olub. Lent. az-ın məlumatına görə, münsiflər heyəti 1-ci mərhələdə seçdikləri iştirakçılardan bir neçəsini duelə çıxarıblar. Ebru Gündəşin komandasında yer alan azərbaycanlı ifaçılar Sevil və Sevinc Səfərova bacıları Tuğçe Gendigelen və Özden Çavuşla yarışıblar.
Onlar Demet Akalının repertuarından “Türkan“ mahnısını səsləndiriblər. İfalarını bitirdikdən sonra E. Gündeş seçimini edib. Belə ki, müğənni əslən azərbaycanlı olan Tuğçe Gendigeleni növbəti mərhələyə çıxarıb.