Dünyanın müxtəlif ölkələrindən olan gözəllər "Miss Globe İnternational" 89-cu beynəlxalq gözəllik müsabiqəsinin finalında iştirak etmək üçün Azərbaycana gəlirlər. Lent.az-ın məlumatına görə, müsabiqəsinin finalı sentyabrın 14-də "Baku Crystall Hall"da keçiriləcək. Hazırda müsabiqə iştirakçıları təşkilat komitəsinin nümayəndələrinin rəhbərliyi altında təlimlərə başlayıblar.
Onu da əlavə edək ki, sözügedən müsabiqədə 120 ölkənin nümayəndəsinin iştirakı gözlənilir. İştirakçılardan savayı həmin gün finalında iştirak etmək üçün paytaxtımıza məşhur ifaçılar və aktyorlar gələcək. Onlar arasında Demet Akalın, Gürkan Uyqun, Gökhan Özen, Kaan Gülsoy, İnna, rəqqasə Asena və Rumıniyanın "Radio Killer" qrupu da var.
Qeyd edək ki, müsabiqə dünyanın 70-dən çox ölkəsinə yayımlanacaq.