Doğum gününü Heyder Əliyev sarayında qeyd edən məşhur müğənni
17 aprel 2014 23:04 (UTC +04:00)

Doğum gününü Heyder Əliyev sarayında qeyd edən məşhur müğənni

Bu gün Heydər Əliyev sarayında Rusiyanın tanınmış müğənnisi Valeryanın konserti olub. Lent.az-ın məlumatına görə, məşhur ifaçı gecədəki ifalarına Üzeyir Hacıbəyli adına Simfonik Orkestrı müşayiəti ilə başlayıb.

 

İlk  ifasını oxuyandan sonra müğənni  tamaşaçılarla salamlaşaraq, Azərbaycan tamaşaçısı qarşında çıxış etməkdən qürur duyduğunu söyləyib: “Öncə bu gün mənim konsertimə gələn  hər bir kəsə çox sağolumu bildirirəm.

 

Azərbaycanda olduğuma görə çox şadam. Bu gün mənim həm konsertim, həm də doğum günümdür. Bu mənim üçün iki qat bir bayramdır. Bu gün mənim həyatımda yadda qalan bir gün kimi tarixə yazılacaq. Həm də ən yaxşı ad günüm kimi də tarixə düşəcək”

 

Bu çıxışından sonra müğənni yenidən ifaya başlayıb. Canlı ifası ilə ən sevilən mahnılarını bir-birinin ardınca oxuyub.

 

O, illər ərzində sevənlərinin yaddaşlarda həkk olan mahnılarını ifa etməklə yanaşı yeni bəstələrə də müraciət edib. Hər  ifası tamaşaçıların alqışları ilə qarşılanan gecədə ən yadda qalan məqamlardan biri isə müğənnin 14 yaşlı oğlu Arseninin səhnəyə çıxaraq, pianoda ifa etməsi olub.

 

Beynəlxalq müsabiqələrin mükafatçısı olan Arsenin çıxışı da alqışlarla qarşılanıb. Fasilələrlə mahnılarını tamaşaçılara təqdim edən Valerya gecədə 3 dəfə geyimini  dəyişib.

 

Tanınmış müğənni sonda tamaşaçıların alqışları ilə ifasını başa vurdu.

 

Valeriyanın konsertindən olan şəkilləri təqdim edirik

 

# 2347
avatar

Yalçın UĞUR

Oxşar yazılar