Türkiyənin tanınmış müğənnisi Çingiz Kurtoğlunun "Saklı düşlər" adlı yeni albomu işıq üzü görüb. Lent.az-ın məlumatına görə, məşhur müğənni yeni albomuna sözləri azərbaycanlı şairə Leyli Erola (İsrafilova), (Erol) bəstəsi Hakan Erola məxsus olan “Kor olsunlar” adlı mahnını da daxil edib.
Onu da əlavə edək ki, bu gün satışa çıxarılan albom “Kral Musik” tərəfindən reklam edilir. L. Erol Ç.Kurtoğlu ilə daha bir işbirliyi edəcəklərini söyləyib: “Bu, bizim ilk işimiz olmayacaq. Hazırda Hakanla birlikdə yeni mahnı üzərində çalışırıq. İnanırıq ki, yeni bəstələrimiz seviləcək”.
Qeyd edək ki, Ç.Kurtoğlunun yeni albomunda 10 mahnı yer alıb.