Bu gün Maykl Ceksonun (Michael Joseph Jackson) doğum günüdür. Lent.az-ın məlumatına görə, mərhum ifaçı 1958-ci il avqust 29-da ABŞ-ın İndiana ştatında anadan olub. Doqquzuşaqlı ailənin 7-ci övladı olan Maykl ailəsinin ona göstərdiyi ümidləri doğruldaraq qısa zaman ərzində məşhurlaşıb. Lakin sənətdə qazandığı uğurları şəxsi həyatında qazanmır. Belə ki, 1994-cü ildə M. Cekson Elvis Preslinin yeganə qızı Liza Meri ilə evlənir. Bu evlilik isə cəmi iki il sürür. Məşhur müğənni növbəti dəfə ailə qurmağı qərara alır. Debbi Rou ilə evlənərək həmin evlilikdən 2 uşağı olur.
M.Cekson 2008-ci ildə İslam dinini qəbul edir. Bundan bir il sonra 2009-cu ilin iyunun 25-də qəflətən dünyasını dəyişib. Ölümünə bir çox səbəblər gətirilsə də həkimi onun uyuşdurucu qəbul etdiyinə görə dünyasını dəyişdiyini vurğulayıb.
Qeyd edək ki, “Pop musiqinin kralı” kimi tanınan Cekson “Ginnes rekordlar kitabı” tərəfindən bütün zamanların ən uğurlu sənətçisi elan edilib. Ceksonun 1982-də işıq üzü görən “Thriller” albomu dünya tarixində ən çox satılan albomdur. Bundan əlavə onun nəaliyyətlərinə bir neçə dəfə “Ginnes rekordlar kitabı”na düşmə, 13 Grammy mükafatı alma, 26 Amerika Musiqi mükafatına layiq görülmə və təxminən 750 milyondan artıq albom satışı daxildir.