Xalq artisti Brilliant Dadaşovadan xəbər var. Lent.az-ın məlumatına görə, B. Dadaşova yenicə ailə quran balaban ustası Əlixan Səmədovla birgə Türkiyənin “TRT” kanalının “Yeni gün” proqramında qonaq olub.
Xalq artisti proqramda çıxışı zamanı türklərin anonim kimi "Mavi boncuk" adıyla təqdim etdikləri "Qal sənə qurban" mahnısını Azərbaycan dilində ifa edib. Daha sonra bu bəstə barədə tamaşaçıları məlumatlandırıb.