Xalq artisti Brilliant Dadaşova dinləyicilərinə söz verdiyi yeni "Parij
London" mahnısını bu gün təqdim edib. Lent.az-ın məlumatına görə, ritmik versiyada olan mahnının sözləri ifaçının özünə, musiqisi Cavid Cavadoğluna məxsusdur.
B. Dadaşovanın yeni işi barədə Lent.az-a müğənnin prodüseri Hüseyn Cavadzadə məlumat verib: "Əslində, bu mahnını yeni ildən sonra kliplə birgə təqdim etmək istəyirdik. Hətta bir neçə gün ərzində rəqs qrupu mahnıya rəqs qurmaqla məşğul idi. Amma gözlənilmədən, hansısa yollarla musiqinin bir parçası saytların birində yayıldı və planlarımız dəyişdi. Ona görə də "Parij London"-un ən son versiyasını dinləyicilərə təqdim edirik”.