Xalq artisti Brilliant Dadaşova bağ evində istirahət edərkən çəkdirdiyi şəkilləri “Facebook” səhifəsində paylaşıb. Lent.az-ın məlumatına görə, istirahət mövsümünün bitməsinə az qaldığını vurğulayan ifaçı öz təəssüfünü sevənləri ilə bölüşüb: “Heyf ki, yayın bitməsinə az qalıb. Evimizdə kondisioner yoxdur, havayı versələr də götürmərəm. Bağ evinə isə heç lazım deyil. Onda o, bağ olmaz ki... Adam da bağa gəlib, kondisionerdə oturar? Tərləmək lazımdır ki, bədəndəki duzlar çıxsın. Kondisionerin zərərlərini oxuyun, təbii yaşamağın faydalarını öyrənin”.
4029