Azəri Günelin atası xəstəxanaya yerləşdirildi<span style="color:red;"> - AÇIQLAMA
22 oktyabr 2014 11:10 (UTC +04:00)

Azəri Günelin atası xəstəxanaya yerləşdirildi - AÇIQLAMA

Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günelin (Zeynalova) atası Rəhman Zeynalov xəstəxanaya yerləşdirilib. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, atasının səhhəti gecə saatlarında pisləşib: “Atam qəflətən özünü narahat hiss elədi. Gördük ki, səhhəti pisləşib, xəstəxanaya apardıq. İndi vəziyyəti normaldır. Amma hər halda həkimlərin diaqnozunu gözləyirik. Atam üçün dua edən hər kəsə də dərin minnətdarlığımı bildirirəm”.

 

 

Günel hazırda Bakıdadır. O, toyuna hazırlaşmaq üçün Azərbaycana gəlib.

# 1456
avatar

Yalçın UĞUR

Oxşar yazılar