Gənc müğənni Afaq Aslan “Sevə bilmərəm” adlı mahnısından sonra yeni fotosessiya etdirib. Xeyli cəsarətli şəkillər çəkdirən müğənni Lent.az-a bildirib ki, foto-kameralar önünə keçməkdən xüsusi zövq alır: “Şəkil çəkdirmək sevimli məşğuliyyətimdən biridir. Bu, həm məni rahatlaşdırır həm də yaradıcılığıma rəng qatır”.
Afaq onu da əlavə edib ki, musiqisi Xəyyama, sözləri meyxana ustası Aydın Xırdalanlıya, aranjemanı isə Tural Bakuvi və Ramala məxsus olan “Sevə bilmərəm” mahnısı klip çəkdirəcək.