Azərbaycanlı qrup “Yetenek sizsiniz Türkiyə”nin yarımfinalında
17 yanvar 2014 13:02 (UTC +04:00)

Azərbaycanlı qrup “Yetenek sizsiniz Türkiyə”nin yarımfinalında

Azərbaycanı “Yetenek sizsiniz Türkiyə” televiziya müsabiqəsində təmsil edən “Crazy Eyes” rəqs qrupu daha bir uğura imza atıb. Bunu Lent.az-a qrupun rəhbəri Arif Məmmədov deyib. Onun sözlərinə görə, qrup artıq yarışmanın ikinci turunda iştirak edib: 
 

 

“Çəkilişlər İzmir şəhərində keçirildi. 2-ci turun şərtlərinə görə, yarımfinal mərhələsinə keçən iştirakçını tamaşaçı zalı səsvermə yolu ilə müəyyən edirdi. Bu səfər qrupumuz 6 rəqqas və 2 musiqiçi ilə xüsusi nömrə hazırlamışdı. Milli alətlərin canlı müşayiəti ilə “hip-hop” rəqslərin sintezi həm münsiflər heyəti, həm də tamaşaçıları heyrətləndirdi. Layihənin rəhbəri Acun İllacalı qrupun rəqsinin 2-ci tur üçün daha yaxşı olduğunu və daha yuxarı tura layiq olduğunu qeyd etdi. Alp isə bu yarışmanın tarixi boyu hələ belə rəqs qrupu görmədiyini bildirdi. Bütün bunlar həqiqətən bir uğurdur və bizi sevindirməyə bilməzdi. Sonda tamaşaçıların səsverməsi ilə qrupumuz həftə birincisi oldu və yarımfinala vəsiqə qazandı”.

 

Qeyd edək ki, “Crazy Eyes” rəqs qrupunun bu uğurunu televiziya tamaşaçıları yanvarın 18-i yerli vaxtla 22:00-da Türkiyənin “Star” telekanalının “Yetenek sizsiniz” verilişində izləyə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2214
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47
Nanə  göz rəngini  dəyişməsindən DANIŞDI

Nanə göz rəngini dəyişməsindən DANIŞDI

11 dekabr 2024 , 19:46
Dünya gözəli idi -  Dəli oldu,   kökəlib bu hala düşdü

Dünya gözəli idi - Dəli oldu, kökəlib bu hala düşdü

11 dekabr 2024 , 18:41