Tanınmış prodüser aparıcılığa başlayır
08 sentyabr 2014 13:38 (UTC +04:00)

Tanınmış prodüser aparıcılığa başlayır

Prodüser Təranə Səmədova yeni mövsümdən aparıcılığa başlayacağını deyib. Lent.az-a açıqlama verən prodüser deyib ki, onun bu işə başlaması artıq bəzi aparıcıları narahat edib: “Yeni mövsümdən aparıcılığa başlayıram. Düşünürəm ki, bu ampluada da özümü yaxşı tərəfdən göstərəcəm. Həmişəki kimi özümə inamım böyükdür. Hiss edirəm ki, yeni peşəm bir çox aparıcıları narahat edib. Mən bunu normalı qəbul edirəm. Bunu da gözləyirdim. Çünki prodüserliyimə də ağız büzənlər də az olmayıb. Amma zamanla layihələrimlə sözümü demişəm. Məni həzm etməyənlərə demək istəyirəm ki, bir stəkan su içsinlər. Orqanizmə də xeyirdir. Öz bacarığıma arxayınam. Yaxşı bilirəm ki, əlimi uzadım həyata keçirdiyim hər bir işdə həmkarlarıma rəqibəm. Özü də məğlubedilməz rəqibəm”.

 

 

Qeyd edək ki, T.Səmədova sentyabrın 15-dən etibarən “Space” telekanalında “Hələ bu harasıdır” verilişində aparıcılığa başlayacaq. 

 

# 1985
avatar

Yalçın UĞUR

Oxşar yazılar