Azərbaycanlı müğənninin klip təqdimatında nələr yaşandı?
11 fevral 2014 10:48 (UTC +04:00)

Azərbaycanlı müğənninin klip təqdimatında nələr yaşandı?

Müğənni Ceyla media nümayəndələrini və sənətçi dostlarını başına toplayaraq “Unuduram”  mahnısına çəkilmiş klipini təqdim edib. Lent.az-ın məlumatına görə, sözləri Leyli İsrafilovaya, musiqisi Hakan Erola məxsus olan mahnını rejissor Fuad İsmayılov ekranlaşdırıb. Şahin Cavadsoyun aparıcılıq etdiyi təqdimata tanınmışlardan  xalq artisti Məleykə Əsədova, əməkdar artist Rühəngiz Allahverdiyeva, müğənnilərdən Elnur Məmmədov, Aysel Əlizadə, Elvin Məmmədov, Sevinc Ağaşirinova, Elçin Cəfərov, prodüser Tolik (Tarix Əliyev), dj-Kazım və başqaları gəliblər. Aparıcının təqdimatından sonra qonaqlar klip barədə öz fikirlərini bölüşüblər.

 

İlk sözü prodüser Tolik deyib: “Ceylanı yeni işi münasibəti ilə təbrik edirəm. Ona sənətdə daha zirvələrdə olmağı arzu edirəm. Birdən- birə, ulduz olmaq mümkünsüzdür. Zəhmət çəkə-çəkə ulduz olmağın ləzzəti başqadır. Ceylanı kəşf edən xalq artisti Aygün Kazımova olub”.

 

Müğənni Elnur Məmmədov da öz fikirlərini bölüşüb: “Deyərdim ki,  Ceylanı mən kəşf etmişəm, onun çox gözəl ürəyi, şairəlik qabiliyyəti və bəstələri var”.

 

Səbəbkar da öz fikrini diqqətə çatdırıb: “Bu gün təqdimata gələnlər mənim ən yaxın sənətçi dostlarımdır. Hər birinizə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Yeni klipim barədə isə onu deyə bilərəm ki, uğurlu və mənə düşərli olacağına inanıram. İnşallah, əziyyətimiz yerdə qalmaz”

 

Sonra digər məşhurlar da Ceylanın yeni klipi barədə fikir bildirdikdən sonra xatirə şəkli çəkdiriblər.

 

 

Klipi və klip təqdimatından olan şəkilləri təqdim edirik.

# 2139
avatar

Yalçın UĞUR

Oxşar yazılar