Roza Zərgərli veriliş aparacaq
24 sentyabr 2014 19:03 (UTC +04:00)

Roza Zərgərli veriliş aparacaq

Müğənni Roza Zərgərli media nümayəndələrini və sənət yoldaşlarını bir araya yığaraq təqdimat keçirib. Tədbirin mahiyyətindən Lent.az-a danışan müğənni özünü yeni ampluada sınayacağını deyib: "Yaxın günlərdə ATV-də “Bakı vaxtı ilə” verilişi ilə tamaşaçıların görüşünə gələcəm. Bu günə qədər tamaşaçılar məni rejissor, müğənni kimi tanıyırdılarsa, indi aparıcı kimi də tanıyacaqlar. Bu verilişdə Azərbaycan musiqi tarixinə düşmüş insanların həyatından danışılacaq, kulis arxası həyatları müzakirə ediləcək. Onların bilinməyən, gizli qalan tərəfləri tamaşaçılara təqdim olunacaq. Düşünürəm ki, veriliş Azərbaycanda səs-küyə səbəb olacaq”.

 

 

Qeyd edək ki, təqdimatda İlhamə Quliyeva, Niyammədin Musayev, Arif Quliyev, Firuzə İbadova, Cavan Zeynallı, Teymur Əmrah, Gülüstan Əliyeva və başqaları iştirak edirdi.

# 1954
avatar

Yalçın UĞUR

Oxşar yazılar