Azərbaycanlı müğənni əsgərlikdən qayıtdı
01 iyul 2014 15:52 (UTC +04:00)

Azərbaycanlı müğənni əsgərlikdən qayıtdı

“Yeni ulduz” yarışmasının iştirakçısı müğənni Elvin Mirzəzadə hərbi xidmətini bu gün başa vurub. Ağdam rayonunun “N” saylı hissəsində əsgərlikdə olan müğənni Lent.az-a açıqlama verərək bildirib ki, hazırda Bakıya qayıdır: “Hərbi biletimi aldım. Mənə elə gəlir ki, bu, hər bir gənc oğlanın vətən qarşısında borcudur. Hərbi xidmətdə olduğum üçün sevincliyəm. İndi Bakıya qayıdıram. Evə qayıdandan sonra dost-tanışlarımla görüşəcəyəm”.

 

Qeyd edək ki, E. Mirzəzadə ötən ilin iyulun 4-də hərbi xidmətə başlamışdı.

# 4026
avatar

Yalçın UĞUR

Oxşar yazılar