Türkiyədə yaşayan balaban ifaçısı Əlixan Səmədov növbəti dəfə ailə qurur. Lent.az-ın məlumatına görə, bundan öncə türkiyəli xanımla ailəli olan Ə.Səmədov ondan ayrılaraq bu gün növbəti dəfə nikah masasına oturacaq. Onun ailə quracağı xanımın adı Elladadır.
Əldə etdiyimiz məlumata görə, nikah bir neçə saat sonra Türkiyədə azərbaycanlılara məxsus restoranların birində təşkil olunacaq.
Qeyd edək ki, A. Səmədov 1964-ci il aprelin 27-də Sumqayıt şəhərində dünyaya gəlib.