Azərbaycanlı bəstəkar təqdimat keçirdi -<span style="color:red;"> "Həsrətindəyəm"
07 mart 2016 17:20 (UTC +04:00)

Azərbaycanlı bəstəkar təqdimat keçirdi - "Həsrətindəyəm"

Bəstəkar Sevinc Tofiqqızı “Həsrətindəyəm” kompozisiyasına çəkdirdiyi klipinə təqdimat edib. Lent.az-ın məlumatına görə, ekran işinin rejissorluğu Rauf Sahiboğluna, aranjimanı isə Osman Həmidova məxsusdur. Tədbirdə media nümayəndələrinin suallarını cavablandıran S.Tofiqqızı yeni layihəsindən bəhs edib: “Həsrətindəyəm” kompozisiyasını mən Azərbaycanıma, vətənimə həsr eləmişəm. Qürbətdə yaşayan azərbaycanlılarımız hər zaman vətən həsrəti ilə yaşayıblar. Özüm də başqa ölkəyə səfər edəndə məni vətən həsrəti çəkir. Xalqımı, Azərbaycanımı çox sevirəm. Kompozisiyanı ilk dəfə bəstəkarımız Rühəngiz Qasımovaya göstərdim, bəyəndi və mənə uğurlar dilədi. Bu sənətə davam etməyimi məsləhət gördü”.

 

 S.Tofiqqızı klipin ərsəyə gəlməsində ona dəstək olan yaradıcı heyətə təşəkkürünü bildirib: “Klipin montaj işlərini edən İlham Yaşaroğluna, operatoru Qarabağ əlili Mürşid Vəliyevə minnətdaram. Rejissor Rauf özü mənlə əlaqə saxlayıb, klip təklifi etdi. Mən də razılaşdım. Onun bu işini bəyəndim”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 436

Oxşar yazılar