“ATV” – də yayımlanan “Özünə bax – 2” gözəllik yarışmasının qalibi ötən gün paytaxt otellərinin birində gerçəkləşən qala gecəsində bəlli olub. Lent.az-ın məlumatına görə, yarışmanın final gecəsində 16 xanım iştirakçı birincilik uğrunda yarışıb. Proqramın formatına uyğun olaraq qalibləri “biznes-ledi” Ruhi Əliyevanın başçılıq etdiyi münsiflər heyəti və tamaşaçıların sms-ləri müəyyənləşdirib. Beləliklə, 3 saata yaxın davam edən final gecəsində ilk üçlüyə düşən iştirakçıların adlarını Ruhi Əliyeva zərfdən çıxarıb.
1-ci yerin qalibi Sevinc Bayramova olub. Həmin iştirakçıya Xırdalan şəhərində 1 otaqlı mənzil hədiyyə edilib.
2-ci yeri qazanan Nərgiz Əliyevaya qiyməti 20 000 dəyərində olan brilliant və zümrüdlərlə bəzədilmiş zinət əşyası verilib.
3-cü yerin qalibi Türkan Həsənli isə İtaliyaya istirahətə gedəcək.
Xatırladaq ki, iştirakçıların çıxışlarını Ruhi Əliyevanın başçılıq etdiyi jüri- stilist Nigar İbrahimova, modelyer Afaq İsmayılova, türkiyəli modellər İvanna Sərt, Hakan Akkaya dəyərləndirib.
Qeyd edək ki, Rüfət Ağayev və Kamilə Babayevanın aparıcılıq etdiyi gecəyə xalq artisti Faiq Ağayev öz ifası ilə yekun vurub.