Azərbaycanlı müğənni Abdul Xalid yaradıcılığındakı yeniliyi təqdim edib. Lent.az-ın məlumatına görə, musiqisi ifaçının özünə, sözləri meyxanaçı Vüqar Abdulova, aranjemanı Bəbir Bəbirliyə məxsus “Gül” adlı mahnını oxuyub: "Aylardır bu mahnının üzərində çalışdıq və nəhayət bu gün dinləyicilərə təqdim etməyin məmnunluğunu yaşayırıq. Baxmayaraq ki, mahnını uşaqlıq dostum, peşəkar musiqiçi Bəbirlə birgə yazmışıq, amma mən özümə bəstəkar demək istəmirəm. Mahnı yazmaq həvəsim oyanan anda köməyimə Bəbir gəlir. İllərə söykənən doğma münasibətimiz daim yaradıcı işimizə öz müsbət təsirini göstərir. Ürəkdən gələn gözəl sözlərə görə meyxanaçı qardaşımız Vüqar Abdulova minnətdarlığımı bildirirəm. Bəstədə bəkvokalda müğənni Əminə Şirinqızı oxuyub. Əsl eşqdən bəhs edən mahnımız sevib-sevilənlər üçün daha bir məhəbbət himninə çevriləcək".