Aybəniz Haşımova qızının və özünün görəcəyi işlərdən danışdı
02 aprel 2014 12:42 (UTC +04:00)

Aybəniz Haşımova qızının və özünün görəcəyi işlərdən danışdı

Əməkdar artist Aybəniz Haşımova yaradıcılıq işlərindən söz açıb. Lent.az-ın məlumatına görə, müğənni “Xalq ulduzu-1” yarışmasının iştirakçısı olan Vəli Səfərovla ifa etdiyi “İntizar nəğməsi” adlı mahnısına klip çəkdirir: “Sözləri Südabə Şəfaya, musiqisi Nüşabə Muradovaya məxsus olan bəstənin klipinin ilk çəkiliş günü oldu. Çəkilişləri davam edən klip on beş günə hazır olacaq”.

 

A. Haşımova sonra qızı Aynişan Quliyevanın yaradıcılığından danışıb: “Biz çəkdirdiyimiz klip başa çatdıqdan sonra Aynişanın ifa etdiyi, musiqisi dahi bəstəkar Oqtay Kazimiyə, sözləri millət vəkili Qənirə Paşayevaya məxsus “Ağla mənim üçün, bu şəhər və sən” mahnısına klip çəkiləcək. Klipin quruluşunu isə Ramin Asimoğlu verəcək. Allahın izni ilə hər iki klipin yüksək səviyyədə alınacağına inanıram”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2324
avatar

Yalçın UĞUR

Oxşar yazılar