Aybəniz Haşımova Konçitanın Fəridə evlilik təklifindən danışdı
23 iyun 2014 12:30 (UTC +04:00)

Aybəniz Haşımova Konçitanın Fəridə evlilik təklifindən danışdı

 “Eurovision 2014”ün qalibi Konçita Vurstün azərbaycanlı müğənni Fərid Məmmədova evlilik təklif etməsi əməkdar artist Aybəniz Haşımovanı narahat edib. Lent.az-ın məlumatına görə, A.Haşımova transeksual iştirakçının evlilik təklifinə bu cür münasibət bildirib:

“Fərid Məmmədov Azərbaycan oğullarının adına layiq övladdır. O, dünya musiqisinə uşaqlıq illərindən müraciət edib. “Eurovison” qalibinin mahnısını bəyənib və oxuyub. Buna başqa don geyindirmək lazım deyil. Fəridin əqidəsinə mənim qədər heç kəs bələd ola bilməz. Fərid ölkəmizin nadir istedadlarındandır. Onları ucaltmağa çalışmaq lazımdır, endirmək yox”.

 

 

Xatırladaq ki, F.Məmmədov ilk olaraq Konçitanın mahnısını ifa edərək, “İnstagram” səhifəsinə yükləmişdi. Transeksual iştirakçı F.Məmmədova jest olaraq, ona bu sözləri ünvanlamışdı:  “Fərid mənim xəyallarımdakı oğlandır. Əgər bəyənirsənsə, barmağıma üzük taxsın!”.

# 3514
avatar

Yalçın UĞUR

Oxşar yazılar