Müğənni Ayan Babakişiyeva haqqında gəzən şayiələrdən danışıb. Lent.az-a açıqlama verən müğənni bildirib ki, bir çoxları onu plastik əməliyyat keçirdiyini söyləyir: “Bu günə qədər haqqımda bir çox şayiələrə rast gəlmişəm. Barəmdə çıxan sonuncu şayiə isə çox gülünc idi. Guya mən burun nahiyəmdən plastik əməliyyat keçirmişəm. Amma yalandır.
Plastik əməliyyat keçirsəydim, bunu mediadan gizlətməyəcəkdim”.