Xalq artisti Arif Babayevin tələbəsi, Azərbaycan Dövlət Filarmoniyasının solisti Nəzrin Hacıqızı ilk klipinin təqdimatını keçirib. Lent.az-ın məlumatına görə, sözləri və musiqisi Nurlan Hatəmoğluna məxsus olan “Yaralı” adlı bəstəni İlkin İmanov ekranlaşdırıb. Klipdə Nəzrinin tərəf müqabili isə “Muz-Tv”-nin aparıcısı Əhəd Miriyev olub.
Qeyd edək ki, Nəzrinin klip təqdimatına sənət müəllimi Arif Babayev müəyyən səbəblər üzündən iştirak edə bilməyib. Müğənnilərdən Emil Bədəlov, Xatun, İlhamə Qasımova isə tədbirə gələrək gənc müğənniyə dəstək olub.
Nəzrin Hacıqızı bir sıra müsabiqələrin qalibi olub.