Amaliya Pənahova özlərinə titul verən müğənnilərdən söhbət açıb.
Lent.az-a açıqlama verən A.Pənahova titul və ləqəbin teatr, kino aləmində olmadığını söyləyib: “Biz bilirik ki, dünyanın əksər ölkələrində fəxri adlar yoxdur. İndi titul dediyiniz isə ləqəblərdir. Teatr və kino sahəsində isə ləqəblərə rast gəlmək olmaz. Bu yalnız şou-biznesdə var. Özlərinə titul verənlərə nə deyim vallah? Hər halda tamaşaçı yaxşı bilir, kim “Diva”, kim “Tac”, kim “Kraliça”dır. Özünə deməklə deyil ki... Bu adları onlara özləri yox, tamaşaçı layiq görməlidirlər”.