ABŞ vətəndaşı 35 hərflik soyadını qanuniləşdirdi
14 sentyabr 2013 07:50 (UTC +04:00)

ABŞ vətəndaşı 35 hərflik soyadını qanuniləşdirdi

Havay adalarında yaşayan ABŞ vətəndaşı 35 hərflik qeyri-adi soyadını daşımaq haqqında israr edib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə,  hazırda Nyu-Yorkda yaşayan Ceynis Uort (Janice Worth) ərə gedərək, soyadını havaylılarına dəyişib - Keyxanaykukauakaxixulixeekaxaunaele (Keihanaikukauakahihuliheekahaunaele).

 

Bir neçə il o, üzərində əsas sənəddəki soyadının hərflərinin sayından fərqlənən pasport və sürücülük vəsiqəsini gəzdirib. Həmin sənədlərdə 34 hərflik soyadı və öz adı yerləşib.

 

 

O, qızlıq soyadı və ya mövcud soyadının qısaldılmasından imtina edib Bir dəfə polis ona deyib: «Həmişə qızlıq soyadını götürə bilər». «Bu mənim ürəyimə dağ vurdu» -deyə, Keyxanaykukauakaxixulixeekaxaunaele olayı şərh edərkən söyləyib.

 

«Son 22 ildə Havay mədəniyyətinin sıxışdırıldığının şahidi olmuşam. Polis mənim soyadıma təhqiramiz münasibət bəsləyir» -deyə, o, əlavə edib.

 

Öz soyadı (ərinin) uğurundan mübarizə nəticəsini verib. Ştat hökuməti ona sənədlərində soyadının tam yazılmasına icazə verib. Onun adı və soyadı 40 işarədən, ikinci adı 35 işarədən, daha 5 işarəlik suffiksdən ibarətdir.

 

«Mənə dünyanın çeşidli yerlərindən zəng edib, dəstəkləyirlər. Tək deyiləm, inanıram ki, bu gələcəkdə başqa insanların da probleminin həllinə yardım edəcək»- deyə, Keyxanaykukauakaxixulixeekaxaunaele bildirib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 952
avatar

Oxşar yazılar