Murad Dadaşovdan "biznesinin çökməsi" xəbərinə <span style="color:red;">REAKSİYA
05 sentyabr 2014 13:15 (UTC +04:00)

Murad Dadaşovdan "biznesinin çökməsi" xəbərinə REAKSİYA

Şoumen Murad Dadaşov "İçərişəhər" stansiyasının yaxınlığında, İstiqlaliyyət küçəsində yerləşən "Cote dAzur" şirniyyat mağazasının bağlanması xəbərinə münasibət bildirib. Məsələ ilə bağlı Lent.az-a açıqlama verən M.Dadaşov yazılanların həqiqətə uyğun olmadığını söyləyib: “Mən anlaya bilmirəm ki, bəzi insanlar niyə yalandan xəbər yayır? Araşdırmadan, özümdən soruşmadan yazmaq nə qədər düzgündür? Biznesimi dayandırmamışam. Sadəcə təmir gedir, avadanlıqlar yenilənir. Yaxın günlərdə, bir az da dəqiqləşdirsək, 5-6 günə açılacaq. Bu şayiələrin haradan yaranmasını da təxmin etmişəm. Yəqin müştərilər dükana gəlib, görüblər ki, təmir gedir. Düşünüblər ki, artıq bağlanıb. Amma yox, bağlanmayıb".

 

Qeyd edək ki, bu gün milli.az saytı M.Dadaşovun biznesinin çökməsi və mağazasının bağlanması barədə xəbər yayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3663
avatar

Yalçın UĞUR

Oxşar yazılar