<b>Vidadi Bərdəlinin qızından</b> <span style="color:red;">ŞOK SÖZLƏR : <b>“Dedi ki, sevgilimlə gəzirsən”</b><span style="color:red;">- MÜSAHİBƏ
10 fevral 2015 12:30 (UTC +04:00)

Vidadi Bərdəlinin qızından ŞOK SÖZLƏR: “Dedi ki, sevgilimlə gəzirsən”- MÜSAHİBƏ

Mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytac Bərdəli atasının ölümündən sonra ona irad tutanların sayının çoxaldığını deyir. A.Vidadiqızı Lent.az-n müxbiri ilə söhbətində bu və ya digər məqamlara da toxunub.

 

 

- İfa etdiyin “Rəngli həyat” mahnısına çəkilmiş klipi mediaya təqdim etdin. Repertuarında daha çox öz bəstələrin yer alıb. Niyə peşəkar bəstəkarlara müraciət etmirsən?

 

- Özüm bəstəkaram. Müəllifi olduğum mahnıları özüm daha gözəl oxuya bilirəm. Amma buna baxmayaraq, yaxınlarda istədim ki, daha peşəkar bəstəkara müraciət edim. Müraciət etdim də. Bəstəkar Aygün Səmədzadəyə. Onun bəstələrinin heyranıyam. Aygün xanımın bəstələri mənim səsimə düşür. İnşallah, bundan sonra bir çox peşəkar bəstəkarlara müraciət edəcəm. Amma bundan sonra bəstəkarların qarşısına şərt qoyacam ki, mənə təqdim etdikləri ilk mahnı təmənnasız olsun. Əgər təqdim etdikləri mahnı sevilsə, növbəti mahnını mən onlardan pulla alaram.

 

 

- Bir çox azərbaycanlı məşhurların övladları şou-biznesə qatılanda öz adları ilə tanınmaq istəyirlər. Deyirlər ki, “valideynimə görə yox, özümə görə tanınmaq istəyirəm”. Bəs sən?

 

- (Bir az düşünür) Mən də istəmişəm ki, öz adımla tanınım. Amma bu haradasa çətindir. Bir yeni iş gördüyüm zaman yazırlar ki, “mərhum sənətkarın qızı filan şey etdi”. Düzdür, istəyərəm ki, atamın adı da qeyd olunsun. Amma həmişə yox. Bir də görürsən ki, yazırlar ki, Aytac Bərdəli, amma mən o “Bərdəli” sözünü özümə soyad seçməmişəm. Mən atamın adını soyad seçmişəm, Aytac Vidadiqızıyam. Onsuz da bilən bilir ki, atamın ifa etdiyi janr başqa, mənim ifa etdiyim janr başqadır. Əslində ailəmdə nə atam, nə anam istəmirdi ki, mən müğənni olam.

 

- Bildiyim qədəri ilə indi anan dəstək olur?

 

- Hə, indi razılaşıb. Atamdan çox, anam narazı idi.  Əvvəllər istəmirdi ki, müğənni olum. Çünki anam atamdan o qədər əziyyət çəkirdi ki...Bu sənətin necə çətin olduğunu bilirdi deyə, istəmir ki, əziyyət çəkim. Amma mən hədsiz inadçı və tərsəm. Öz istəyimə nail oldum. Fərqi yoxdur, yaxşı, ya da pis, bir işi qarşıma məqsəd qoydumsa, etməliyəm.

 

 

- Neçə ildir ki, şou-biznesdəsən?

 

- 7 ildir.

 

- Bu aləmdə nədən razı, nədən narazısan?

 

- Bircə ondan narazıyam ki, 6 ildə heç nə edə bilməmişəm.

 

 

-  Sənə nə mane olurdu?

 

 

- Atam mane olurdu. Bir iş görmək istəyirdim, atam deyirdi ki, “yox, olmaz”. Bu sənət elədi ki, gərək yaradıcılığında davamlı şəkildə iş görəsən. Bir də ki, müğənninin ailəsi ona dəstək olmalıdır. Atam bəzən bu sənətdə nəsə pis şey görəndə deyirdi ki, “yox, sən müğənni olmayacaqsan”.

 

- Atan dünyasını dəyişəndən sonra həyatında nələr dəyişdi?

 

- Həyatımda çox boşluq oldu. Rəhmətə getməmişdən öncə onunla çox planlar qurmuşduq. Türkiyənin tanınmış müğənnisi Bakıya gəlməli idi, həmin sənətçi ilə eyni səhnəni paylaşacaqdıq. Bundan əlavə bir çox layihələrimiz var idi ki, onlar alt-üst oldu. Bir söz deyim, atam son dövrlər içkini tərgitmişdi deyə, yeni işlər görməyə həvəsi artmışdı. Amma qismət olmadı ki, birgə layihələr edək.

 

- Həmin layihələri özün reallaşdıra bilmərsən?

 

- Olar. Sadəcə bəzi işlərimiz var ki, onları həyata keçirim, sonra həmin layihəni edəcəm.

 

 

- Belə bir deyim var ki, “su töküldü qaba, oldu içməli”. Sən də şou aləmindəsən. Özünü şou-biznesdə hansı yerdə görürsən?

 

- Özümü şou-biznesdə səssizlərlə eyni sırada görmürəm. Şou aləmində səssiz müğənnilər çoxdur. Onlara eyni aləmdə olmaq istəmirəm.

 

- Bəlkə o səssiz müğənnilərin adlarını çəkəsən?

 

- Yox, adlarını çəkib, özümə düşmən qazanmaq istəmirəm.

 

- Bu həyatda nəyə görə peşmansan?

 

- Tez özümdən çıxanam. Əsəbiləşib, kiməsə nəsə deyirəm, sonra peşman oluram ki, gərək bu sözü deməyərdim. Özümə çox tez qapanan, depressiyaya çox meylli insanam. Amma əyləncəni də sevirəm.

 

- Səni nə depressiyaya sala bilir ki?

 

- (Bir az düşünür) Hiss edirəm ki, həyatımda nəsə çatmır. Təklik məni depressiyaya salır.

 

- Keçək şəxsi həyata. Ailə qurmusan?

 

- Bir dəfə ailəli olub, boşanmışam. Ayrılığa səbəbi barədə danışmayacam, bu bir qismət, alın yazısıdır.

 

- Yenidən ailə qurmağı düşünürsən?

 

- Hə, düşünürəm. Amma gərək o insan qarşıma çıxsın ki, mən də ailə qurum. Hələ elə biri yoxdur.

 

- Aytacı necə bir bəy ram edə bilər?

 

- Güclü birisi... Güclü olsun, amma özünü orda-burda güclü göstərməsin. Mən bilim ki, güclüdür. Eqoist insanam, ona görə də təkəm. Bilsəm ki, biri mənə məxsusdur, çox qısqanaram.

 

- Deyirsən ki, ailə qurmaq istədiyin bəy güclü olmalıdır. Qorxmursan ki, şou-biznesdəki bəzi xanım həmkarlarım həmin bəyi ələ keçirtməyə çalışar? Axı indi bu aləmdə ər davası edənlər çoxdur...

 

- (Gülür) Hə, adını çəkmək istəmədiyim bir xanım həmkarım mənə şər atmışdı ki, “Sən mənim sevgilimlə gəzirsən”. Zəng eləyib mənə dedi ki, “Səni sevgilimlə oteldə görüblər”. Mən də dedim ki, heç mən bilmirəm ki, o otel harda yerləşir. Sonra öyrəndim ki, həmin həmkarım təkcə mənə yox, bir çox xanım müğənnilərə şər atıb. Mən heç kimin sevgilisini əlindən almamışam. Bu, şər idi.

 

- Sosial şəbəkədə barəndə yazılan şərhlərdə atanın adına layiq övlad olmadığını qeyd edirlər...

 

- Hə, bir şəkil çəkdirib “İnstagram”da paylaşıram, xoş olmayan şərhlər yazırlar. Yazırlar ki, “atana layiq hərəkət etmirsən, utanmırsan? Bu nə saçdır”. Başa düşə bilmirəm ki, mən atama layiq olmayan nə etmişəm ki? Düşünürəm ki, həmin şərhləri yazanlar bekar insanlardır. Tənqid hər bir halda var. Mən bu cür nüanslara diqqət etməsəm də, az da olsa, təsir edir. Bəlkə də bu sözləri məni qıcıqlandırmaq üçün edirlər. Buna çox əsəbiləşirəm. Sosial şəbəkədəki səhifəmdə şərhlərə cavab yazmıram, amma məsələni aydınlaşdırmaq üçün barəmdə pis yazanlara cavab yazıram. Artıq atam rəhmətə gedib, nə istəyirsiniz ondan? Bezmişəm bu cür insanlardan.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 653
avatar

Yalçın UĞUR

Oxşar yazılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

61 yaşlı Xalq artistinə 40 yaşlı qayınanasını yaraşdırdılar

26 iyul 2024 , 18:15
Xatirə İslamın tətil kefi

Xatirə İslamın tətil kefi

26 iyul 2024 , 17:10
Xərçəngə  tutulduğu deyilən müğənnidən AÇIQLAMA

Xərçəngə tutulduğu deyilən müğənnidən AÇIQLAMA

26 iyul 2024 , 16:31
Polisə düşən məşhurlarımız - SİYAHI

Polisə düşən məşhurlarımız - SİYAHI

26 iyul 2024 , 15:00
Dünyanın ən ideal gözəli  o hesab olundu

Dünyanın ən ideal gözəli o hesab olundu

26 iyul 2024 , 13:55
“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

“Aktyorluqda tabu olmamalıdır” - Burcu Özberk

26 iyul 2024 , 13:16
Şeron Stoun  Türkiyəyə gəlir

Şeron Stoun Türkiyəyə gəlir

26 iyul 2024 , 11:32
Milyonçu bloger Hüseyn Bakıya köçüb  - Gəlin namizədlər tapıb

Milyonçu bloger Hüseyn Bakıya köçüb - Gəlin namizədlər tapıb

25 iyul 2024 , 19:07