<span style="color:red;">Səyyad Əlizadə:  <b>"O, mənlə duet oxuyandan sonra tanındı"</b> - <span style="color:red;">VİDEO
09 avqust 2017 13:45 (UTC +04:00)

Səyyad Əlizadə: "O, mənlə duet oxuyandan sonra tanındı" - VİDEO

 

Müğənni Səyyad Əlizadə bu günə qədər dəstək olduğu sənətçilər barədə danışıb. Lent.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişində qonaq olan ifaçı bildirib ki, vaxtı ilə özü dəstək görmədiyi üçün həmkarlarına dəstək olub:  “Vallah, məndən kim kömək istəyib, köməyimi əsirgəməmişəm. Mətanət İsgəndərli ilə bir duet oxudum, albom çıxardıq. Ondan sonra tanındı. Mənzurə Musayeva, Türkanə xanımla, Şirazi və başqalarına da dəstək olmuşam. Əməyimi danmırlar. Mən gənc olanda tanınmış müğənnilərə yaxınlaşırdım ki, mənə kömək olun, olmurdular. O da mənə bir dərs olurdu. Deyirdim ki, özüm tanınmış olsam, mənə müraciət edənlərə dəstək olacam”.

 

Müğənni daha sonra bildirib ki, bir çox verilişlərə dəvət alsa da, bundan imtina edir: “Cavan vaxtımda bütün verilişlərə gedirdim, Amma indi şou xarakterli verilişlərdə özümü görmürəm. Çünki mənim xarakterim başqa cürdür. Məsələn, bir veriliş var idi, müğənninin əllərini də bağlayıb, yuxarıdan başına nəsə tökürdülər. Bu nə deməkdi? Bu nə verilişdi? Qram-qram yığdığımız hörməti kiminsə xoşuna gəlmək üçün bir verilişdə itirək? Bu, düzgün deyil, ona görə də belə verilişlərə getməmişəm. Mətbəxt verilişlərinə də getmirəm. Çünki heç nə bişirə bilmirəm. Niyə o verilişə getməliyəm ki? Elə verilişlər də var ki, müğənnilərə rol verirlər, deyirlər ki, bu rolu oyna. Mən rola girə bilmirəm. Ona görə də o dəvətlərdən imtina edirəm. Gələn il bu sənətdə olmağımın 40 ili tamam olacaq. Bu günə qədər yığdığım hörməti qoruyub saxlamaq istəyirəm”. 

 

Qeyd edək ki, "Show time" verilişi həftənin çərşənbə axşamı saat 15:10-da "APA TV"-də Yalçın Uğurun təqdimatında yayımlanır. 

 

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 376
avatar

Yalçın UĞUR

Oxşar yazılar