<b>Könül Kərimova:</b> “Dişimlə, dırnağımla əziyyət çəkə-çəkə...” <span style="color:red;">- MÜSAHİBƏ
29 mart 2014 14:11 (UTC +04:00)

Könül Kərimova: “Dişimlə, dırnağımla əziyyət çəkə-çəkə...” - MÜSAHİBƏ

“Şou-biznesdəki titullar hər zaman mənə maraqsız gəlib. Kiminsə mənə titul verməsinə də razı olmaram. Xarakterimə uyğun deyil. Heç kəsdən də titul istəməmişəm”. Bunu Lent.az-a müğənni Könül Kərimova deyir. Könül xanımla müsahibədə təkcə titullardan danışmadıq. Daim eynəkdə gəzməyindən tutmuş,

 

 

 

 

- Hazırda yeni retro mahnıya klip çəkdirirəm. “Gül açarmı” adlı mahnısının klipinin rejissoru Gülər Həsənlidi. Klipdə yeni tərzdə olacam. Bir sözlə, Könül Kərimovanı bu layihədə daha fərqli ampluada görəcəksiz.  

 

- Son zamanlar sizi daim eynəkdə görürük. Bu imicdi, yoxsa?

 

- (Eynəyini çıxarır) Yox, imic deyil, gözümdə problem var. Bir gözüm qızarıb. Ona görə taxıram.

 

 

- Belə bir deyim var, su töküldü qaba, oldu içməli. Siz də şou-biznesdəsiz. Bu aləmdə nəyi dəyişmək istərdiz?

 

- Başqalarını deyə bilmərəm, mən şəxsən şou-biznesin indiki durumunu normal qəbul edirəm. Həmkarlarımdan kimsə, nəyisə əldə edə bilmirsə, bu onların öz problemidi. Özüm də bu aləmdəyəm. Heç nəyi dəyişmək istəməzdim. Digərlərinin nə etmələri də məni maraqlandırmayıb.  

 

- Bəziləri şəxsi həyatı, ailə məsələləri ilə gündəmə gəlir. Aralarında hətta eləsi də var ki, öz xanımını əxlaqsızlıqda ittiham edir və bunu da ictimailəşdirir. Sizcə bu normaldı?

 

- Mən heç vaxt inanmaram ki, hansısa sənətçi öz ailə məsələləri ilə gündəmə gəlsin. Kim istəyər bunu? Qəti inanmaram. Şəxsi həyatları onların istəyi olmadan işıqlandırılır. Mən özüm bu mövzudan illərdi qaçıram. Şəxsi həyatım mediada müzakirə olunmayıb. Qaldı ki, kimsə xanımını nədəsə ittiham edir, bu mövzuya münasibət bildirmək mənə düşməz.

 

- Keçmiş şəkillərinizə baxsaq, görünüşünüzdə dəyişikliklərin olduğu açıq-aydın hiss olunur. Demək olarmı ki, bu plastik əməliyyatın bəhrəsidi?

 

- (Telefonunda olan uşaqlıq şəklini göstərir) Baxın, bu mənim uşaqlıq şəkilimdi. Mən yalnız burnumda əməliyyat keçirtmişəm.

 

- Başqa əməliyyat olmayıb?

 

- (Bir az düşünür) Bilirsiniz necə... On iki il bundan qabaq dodaqlarımda yüngül əməliyyat olub. Daha sonra istədim ki, göz ətrafımda da əməliyyat olsun, amma elə əməliyyat stolunda bu fikrimdən imtina etdim. 2 dəfə plastik əməliyyat keçirmişəm. Birini Gürcüstanda, digərini Bakıda.  Zahiri görünüş keçicidi. Formada qalmağım üçün sözün əsil mənasında iştahamı qurban verirəm. İştaha kəsici dərmanlar qəbul edirəm. Yeməklərimi azaldıram. Normal insan gündə üç dəfə yemək yeyirsə, mən bir dəfə yemək yeyirəm. Bu balansı saxlamağa çalışıram. Arıqlamağa meylliyəm. Amma çox arıqlayanda da deyirlər ki, aha, yenə əməliyyat etdirib.

 

 

- Barənizdə hansı şayiə sizi özünüzdən çıxarıb?

 

- Barəmdə ən pis şayiə o olub ki, guya mən evimi hansısa kişinin dəstəyi ilə tikdirmişəm. El dilində desək, guya dırnaqarası sponsorun dəstəyi ilə. Çox pis olmuşdum. Özüm bilirəm axı hansı zəhmətlə ev tikdirmişəm. Ona kimsə ləkə yaxanda, adama çox pis təsir edir. Dişimlə, dırnağımla əziyyət çəkə-çəkə, həyatımı qurmuşam.

 

- Bəs duet oxuduğunuz sənətçilərlə aranızda  sevgi macəraları yaşamağınız barəsində şayiələr olmayıb?

 

- Olub. Bu şayiələr dünən də, bu gün də var. Artıq bu söz-söhbətlərə normal yanaşıram. Sənətdə bu şayiələr normaldı. İstəsək də, istəməsək də, buna alışmalıyıq.

 

- Könülü bu həyatda kövrəldən və ya güldürən nədi?

 

- Mən adi bir şeyə kövrələ, ağlaya bilərəm. Hətta bir istiqamətə baxıb, nəyisə düşünüb ağlaya bilərəm. Hə, çox fikir çəkənəm. Ən pis xasiyyətim budu. İnsan var adi bir problemi vecinə almır. Adam da var aylarla, illərlə fikir edir. Mən aylarla, illərlə düşünənəm. Sevmədiyim xasiyyətim budu. Kaş belə olmazdım. Bu xarakterim məni narahat edir. 

# 2945
avatar

Yalçın UĞUR

Oxşar yazılar