Əməkdar artist Elnarə Abdullayeva həyat yoldaşı Elxan Fərəcovla birgə İrana yola düşüb. Lent.az-a açıqlama verən ifaçı bildirib ki, yanvarın 10-da Azərbaycana qayıdacaq: “Bura gəlişimin əsl səbəbini açıqlamaq istəmirəm. Sadəcə gəlməli idim. Vacib idi. İnşallah, yaxın günlərdə Bakıya qayıdacam. Çünki həyata keçirəcəyim işlər var”.
Qeyd edək ki, Elxan adlı bəylə ailəli olan ifaçının bu evlilikdən bir qızı və bir oğlu var.