<b>Ailə quran müğənni: <span style="color:red;">"Əylənmişdim, gəzmişdim, doymuşdum" -  VİDEO</b>
05 may 2017 13:27 (UTC +04:00)

Ailə quran müğənni: "Əylənmişdim, gəzmişdim, doymuşdum" - VİDEO

 

Azərbaycanlı müğənni Elçin Cəfərov şəxsi həyatından danışıb. Lent.az-ın məlumatına görə, ifaçı “Şou məkan” verilişində bildirib ki, ailə həyatı onu tam dəyişib: “Toy olan gündən mən dəyişdim. Başqa bir həyata başladım. Bu həyatı sevməyə başladım. Artıq subaylığı yaşamışdım. Əylənmişdim, gəzmişdim, doymuşdum. Evə tərəf qaçdım. Şükürlər olsun ki, ailəm hər şeyi normal, mənim istədiyim kimi qəbul etdi. O, mənim sənətimdə, geyimimdə, müsahibəmdə belə mənə dəstək oldu. Hamı elə bilir ki, evlilik ildönümündə ona hədiyyə etmişəm. Ancaq mən hədiyyəni çatdıra bilmədim. İldönümümüzdə gözəl bir dostumuzun toyundaydıq. Ona görə başımız çox qarışıq oldu. Dostumuz toyunu həmin günə salanda dedik ki, bizim bir də həmin gün ildönümümüzdür. Dedi ki, orda qeyd edərsiz, ancaq ödənişlidir. Söhbət hədiyyədən getmir. Söhbət səmimiyyətdən gedir. Gördü ki, başım çox qarışıqdır. Hədiyyə ala bilməmişəm. Sadəcə, əlini sıxmağım ona hər şeyi göstərdi”.

 

Qeyd edək ki, E.Cəfərov xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailəlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 320

Oxşar yazılar