“Eurovision” milli seçim turunda yarımfinalçılar bəlli oldu
17 fevral 2014 12:56 (UTC +04:00)

“Eurovision” milli seçim turunda yarımfinalçılar bəlli oldu

Ötən gün  "Böyük Səhnə",  “Evrovision” milli seçim turunun ikinci konsert proqramı baş tutub. Lent.az-ın məlumatına görə, müsabiqəsinin ilk şousundan növbəti mərhələyə vəsiqə qazanan 10 ifaçı səs və səhnə imkanlarını yenidən İctimai Televiziyanın efirində nümayiş etdiriblər. Onların arasından 6 iştirakçı yarımfinala keçib.

Müsabiqənin şərtlərinə əsasən münsiflər heyətindən 46–dan çox xal toplayan iştirakçılar birbaşa növbəti mərhələdə yarışmaq hüququ qazanıblar. Bunlardan Erkin Osmanlı, Azad Şabanov, Samirə Əfəndiyeva, Dilarə Kazımova və Xana Həsənova  bu imkandan yararlanaraq, birbaşa yarımfinala keçiblər. Yarış qaydalarına uyğun olaraq, münsiflərin qərarı ilə Elton İbrahimov yarışmanın “təhlükəli zolağı”ndan çıxarılaraq, yarımfinala keçmək şansı əldə edib.

 

 Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılan “Böyük Səhnə” layihəsinin yarımfinalı fevralın 23-də, saat 23.00-da İctimai Televiziyanın efirində yayımlanacaq.

Qeyd edək ki, müsabiqənin qalibi isə martın 2-də keçiriləcək final şousunda elan olunacaq və həmin ifaçı Azərbaycanı Danimarkada keçiriləcək "Eurovision-2014"də təmsil edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1298
avatar

Yalçın UĞUR

Oxşar yazılar

Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47
Nanə  göz rəngini  dəyişməsindən DANIŞDI

Nanə göz rəngini dəyişməsindən DANIŞDI

11 dekabr 2024 , 19:46