Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək “Eurovision-2014” mahnı müsabiqəsinin aparıcıları yarışmaya bir neçə ay qalmış Avropanı salamlayıblar. Lent.az-ın məlumatına görə, “Eurovision.tv” saytı müsabiqənin aparıcılarının “Avropaya xoş gəlmisiniz” sözlərini əks etdirən video-çarxı səhifələrində yerləşdiriblər.
Onu da əlavə edək ki, aparıcılar - Lise Ronne, Nikolay Koppel və Pilou Asbek Danimarkanın ən tanınmış simaları hesab olunurlar.
Qeyd edək ki, adı çəkilən yarışmada Azərbaycanı təmsil edəcək iştirakçının adı bəlli deyil. Müsabiqənin qalibi isə martın 2-də keçiriləcək final şousunda elan olunacaq .