“Eurovision-2014” qalibi Avstriya təmsilçisi oldu
Mayın 10-da Danimarkanın paytaxtı Kopenhagendə “Eurovision-2014” mahnı müsabiqəsinin final mərasimi keçirilib.
Lent.az-ın məlumatına görə, 26 ölkənin arasında keçirilən yarışın qalibi 290 səslə Avstriya təmsilçisi Conçita Vurst (Conchita Wurst ) olub. Ölkəsində müxtəlif müsabiqələrin qalibi olan Conçita bu ilki “Eurovision”-da yarışan yeganə transivist iştirakçıdır.
Azərbaycanı təmsilçisi Dilarə Kazımova isə finalda 3-cü nömrə altında “Start a fire” mahnısı ilə səhnəyə çıxıb. D.Kazımova yarışmanı 33 səslə 22 yerdə bitirib. O, bu xalla ilk onluğa düşə bilməyib. Azərbaycana 12 xalı San - Marino, 10 xalı Rusiya verib. Digər səslər isə müxtəlif ölkələrdən smslə göndərilib. Öz səsvermə hüququndan istifadə edən ölkəmiz 8 xalını Macarıstana, 10 - Ukraynaya, 12-i xalını isə Rusiya verib.
Xatırladaq ki, müsabiqənin şərtlərinə görə, “Eurovision” yarışmasının qalibi bütün iştirakçı ölkələrdə sms və telefon zəngləri vasitəsi ilə müəyyənləşir. Digər şərtlərdən biri isə odur ki, səsvermədə isə tamaşaçılar öz ölkələrini təmsil edən iştirakçıya səs verə bilməz.