İkinci dəfə ailə qurmağa hazırlaşan meyxanaçı-müğənni Samirə Yusifqızının "Elgizlə izlə" verilişinin qonağı olub.
Lent.az-ın məlumatına görə, ifaçı verilişdə bildirib ki, onun ailə quracağı şəxs hacıdır. Samirə veriliş zamanı sevdiyi şəxsə zəng edib.
Elgiz isə bildirib ki, əvvəllər Samirənin ailə qurmaq xəbərini reklam hesab edirmiş:
“Əvvəl elə bilirdim ki, özünü reklam edirsən. İndi Həci ilə telefonla danışdın, əmin oldum ki, reklam deyil”.
Qeyd edək ki, S.Yusifqzının 1-ci həyat yoldaşı dünyasını dəyişib.