<span style="color:red;">Rəqqasə Oksana:  "Azərbaycan xalqı mənim arxamda durdu"
08 oktyabr 2014 16:21 (UTC +04:00)

Rəqqasə Oksana: "Azərbaycan xalqı mənim arxamda durdu"

Hindistanın məşhur “İndias Best Cine Star Ki Khoj” yarışmasının qalibi rəqqasə Oksana Rəsulova mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, rəqqasə təqdimat zamanı təəssüratlarını jurnalistlərlə bölüşüb: "Gözləmirdim ki, Hindistanda möhtəşəm bir müsabiqənin qalibi olaram. Həmin yarışmaya qatılanda 6 min nəfər arasından seçilib, ilk 100 nəfərlik siyahıya düşdüm. Daha sonra rəqiblərimə qalib gələrək birinci oldum. Çox sevincliyəm”.



Sənətçi Azərbaycan xalqına təşəkkür etməyi də unutmayıb: “Çox təşəkkürümü bildirəm ki, Azərbaycan xalqı mənim arxamda durdu. Məhz həmin dəstəkdən sonra azərbaycanlı olduğumu anladım. Müsabiqə müddətində təxminən gün ərzində iki saat yuxu yatırdım. Amma qazandığım nailiyyət o əziyyətə dəyər".



Müsabiqə barədə fikirlərini bitirən rəqqasə daha sonra yeni "Eşq" adlı klipini və albomunu dinləyicilərinə təqdim edib. Qeyd edək ki, hazırda O. Rəsulovanın pərəstişkarları ilə görüşü keçirilir.

# 1318
avatar

Yalçın UĞUR

Oxşar yazılar