Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı saxtakarlıqla üzləşib. Lent.az-ın məlumatına görə, "Facebbok"da onun adına saxta profil açılıb. Həmin səhifədə aparıcının adından xoşagəlməz statuslar və şəkillər paylaşılır.
Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı X.Hidayətqızı ilə əlaqə saxlayıb. Telefona özünü aparıcının bacısı kimi təqdim edən şəxs cavab verib: “Xoşqədəm xanım Bakıda yoxdur. Əfqanıstana gedib. 4 günə qayıdacaq. Bakıya gələndən sonra bu mövzuya münasibət bildirəcək”.
Xatırladaq ki, aparıcının adına açılmış saxta “Xoşqədəm Hidayətqızı” profilində 5 minə yaxın dost, 3 minə yaxın da izləyici var.