Azərbaycanlı xanım aparıcıya evlilik təklifi
02 iyul 2014 11:08 (UTC +04:00)

Azərbaycanlı xanım aparıcıya evlilik təklifi

ATV telekanalında yayımlanan “Piknik” verilişinin aparıcısı Kəmalə Piriyevaya evlilik təklifi gəlib. Lent.az-ın məlumatına görə, bu xəbəri proqramın digər aparıcısı İslam Mehrəliyev açıqlayıb. O bildirib ki, K.Piriyevaya evlilik təklifi edən şəxs tanınmış adamdır.

Verilişin rejissoru Aynurə Tahirqızının sözlərinə görə, bu barədə verilişin iyulun 5-i saat 16.00-da yayımlanacaq buraxılışında məlumat veriləcək. Həmin günün qonaqları isə rəqqasə Fatimə və müğənni Günay İbrahimli olacaq.

 

# 4292
avatar

Yalçın UĞUR

Oxşar yazılar